SON XƏBƏRLƏR
27 Iyun 2019
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Dünyanın ən varlı insanı boşanır
ARAŞDIRMA 10:16 / 10.01.2019
Dünyanın ən varlı insanı, Amazon kompaniyasının başçısı Ceff Bezos və onun xanımı Makkenzi Tattl boşandıqlarını elan ediblər.

Xeəbər veririk ki, bu barədə məlumat sahibkarın Twitter səhifəsində yerləşdirilib. "Biz istəyirik, insanlar bizim həyatımızın necə davam etdiyini bilsinlər. Uzun müddətli ehtiyatlı tədqiqatlar mərhələsindən və ayrı yaşamağı sınaqdan keçirdikdən sonra biz boşanmağı və dostcasına münasibət saxlamağı qərara aldıq”, - cütlüyün birgə bəyanatında belə deyilir.

Ceff Bezos və Makkenzi Tattl 1993-cü ildə evləniblər. Cütlüyün üç oğlu və Çindən övladlığa götürülən qızı var.

Forbes nəşri Bezosun varidatını 150 milyard dollar həcmində qiymətləndirir. 2018-ci ilin martında Amazonun başçısı dünyanın ən varlı insanlarının illik reytinqində Microsoftun yaradıcısı Bill Qeytsi qabaqlayaraq birinci pilləyə yüksəlib. Sentyabrda Amazon kapitalı bir trilyon dolları ötən Apple kompaniyasından sonra ikinci olub.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.