SON XƏBƏRLƏR
20 Yanvar 2019
19 Yanvar 2019
18 Yanvar 2019
Gömrükdə saxlanılan qızıllar oğurluq olub? - TƏFƏRRÜAT - VİDEO
ARAŞDIRMA 11:18 / 10.01.2019

Ötən gün gömrük əməkdaşları Bakı-Moskva aviareysilə gedən Rusiya vətəndaşının üzərindən külli miqdarda zərgərlik məmulatları aşkarlamışdı.

"Bize müraciət edən Mingəçevir sakini həmin zinət əşyalarının bəzilərinin ona məxsus olduğunu iddia edib. Bildirib ki, bir qadın onun oğlunun başına pis hadisə gələcəyini deyərək aldadıb, pulunu və qızıllarını alaraq aradan çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, aldadılaraq əlindən alınan qızıllarını xəbərlərdə görərək tanıyıb.

Mingəçevir sakini iddia edir ki, ötən gün aeroprtda saxlanılan qadının üzərindən aşkar edilən zinət əşyalarının bəzisi ona məxsusdur. Tünzalə Mustafayeva bildirir ki, həmin qadın onu aldadaraq oğluna zərər gələcəyini deyib və pulunu, qızıllarını aparıb. Belə ki, ötən ilin noyabr ayında təxminən 40-45 yaşlarında olan qadın zərərçəkənin evinə gələrək Gəncə şəhərində yaşadığını və hər kəsin etibar etdiyi bir şəxs olduğunu bildirib. Fırıldaqçı Mingəçevir sakininə övladının üzərində ağırlıq olduğunu, ona zərər gələcəyini bildirib. Bundan azad olmaq üçün isə Tünzalə Mustafayevadan 55 manat nəğd pul alıb. Ancaq ağırlığı götürmək üçün əlavə qiymətli şeylər istəyib.

Qiymətli əşyaları götürəndən sonra isə qadın Tünzalə Musayevaya övladının üstündən ağırlıqları götürüb saat yarım ərzində qayıdacağını deyib. Ancaq verdiyi bu əmələ vəd etməyərək aradan çıxıb. Fırıldaqçı qadının toruna düşən Tünzalə Mustafeyava aradan xeyli vaxt keçəndən sonra xəbərlərdə oğurlanan sırğaların ona məxsus olduğunu gördüyünü deyir. Qadın iddia edir ki, həmin kadrlarda göstərilən kəpənək formalı qızıllar ona ona aiddir.

Xeyli ziyana düşən Mingəçevir sakini hər kəsi diqqətli olmağa və belə fırıldaqçılara aldanmamağa çağırıb.


© xezerxeber.az 
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.