SON XƏBƏRLƏR
20 Yanvar 2019
19 Yanvar 2019
18 Yanvar 2019
Dayanacaq, yoxsa elan lövhəsi? - VİDEO
ARAŞDIRMA 12:19 / 10.01.2019

Bakıda bir çox avtobus dayanacaqlarının şüşələri sanki reklam lövhələrini xatırladır. Şüşələrə bəzi vətəndaşlar tərəfindən müxtəlif növ elanlar yapışdırılır.

Məlumata görə, dayanacaqlara elan və reklamın yapışdırlmaması ilə bağlı xəbərdarlıq lövhəsi vurulsa da, buna məhəl qoyan yoxdur. Burada iş elanlarından tutmuş evlərin alqı-satqısına qədər cürbəcür məlumatlara rast gəlinir.

Dayancaqların görnüşünü korlayan bu elanları paytaxtın müxtəlif ərazilərində görmək mümkündür. Bu elanlar xüsusən insanların sıx olduğu avtobus dayanacaqlarında gözə dəyir. Belə yerlərdən biri metronun "Xalqlar Dostluğu" stansiyasının çıxışdakı bu dayanacaqdır.

Metronun "Əhmədli" və "28 may" stansiyalarının yaxınlığında olan dayanacaqlarda da vəziyyət eynidir. Səməd Vurğun parkının qarşısında yeni salınan dayanacağa isə Bakı Nəqliyyat Agentliyi tərəfindən şüşələrə elan və reklamın yapışdırlmaması və zədələnməməsi ilə bağlı xəbardarlıq yazısına baxmayaraq, buna məhəl qoyan yoxdur.

Bakı Nəqliyyat Agentliyi isə avtobus dayanacaqlarına reklam və elan yapışdıran şəxslərə xəbərdarlıq edir. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, belə şəxslərin aşkar edilərək cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına məlumat veriləcək.

Agnetlik sərnişinlərə tövsiyə edir ki, bu cür hallarla qarşılaşdıqda həmin şəxslərə öz iradlarını bildirsinlər.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə, dayanacaqların şüşəsinə belə elan və reklamları vuran fiziki şəxslər 50-100, vəzifəli şəxlər 150-200, hüquqi şəxslər isə 500-2000 manat miqdarında cərimə oluna bilərlər.




Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.