SON XƏBƏRLƏR
20 Yanvar 2019
19 Yanvar 2019
18 Yanvar 2019
Energetik içkilərlə bağlı - RƏSMİ XƏBƏRDARLIQ - VİDEO
ARAŞDIRMA 11:43 / 10.01.2019

Dözümlülük, fiziki gücü və diqqəti gücləndirən içki kimi reklam edilən enerji içkiləri, əslində insanın təbii enerjisini alır.

Məlumata görə, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edib.

Qurumun tərkibində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nümayəndəsi Aysel Cəlilova bildirir ki, gün ərzində normadan artıq enerji içkisi qəbul etmək olmaz. Bu, orqanizmdə kofein miqdarını artırması səbəbindən olduqca təhlükəlidir.

Aysel Cəlilova deyir ki, enerji içkilərinin tərkibinə əlavə edilən kofeinin miqdarı insan sağlamlığına təhlükə yarada bilməyəcək səviyyədə olmalıdır. Bununla belə, 18 yaşına çatmamış yeniyetmələr, hamilə qadınlar, süd verən analar, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkənlər belə içkilərdən uzaq durmalıdırlar. Digər tərəfdən, istehlakçıların enerji içkiləri alarkən bəzi məqamlara diqqət yetirməsi də vacib şərtlərdəndir.

Qeyd edək ki, artıq bəzi ölkələrdə enerji içkilərinin satışı, istifadəsi və reklamına qarşı müəyyən məhdudiyyətlər tətbiq edilib.





Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.