SON XƏBƏRLƏR
20 Yanvar 2019
19 Yanvar 2019
18 Yanvar 2019
Qubadan Bakıya qonaq gəldi, avtomobili oğurlandı - VİDEO
CƏMİYYƏT 13:24 / 10.01.2019

Qubadan Bakıya qonaq gələn şəxsin avtomobilini oğurlayıblar.

Məlumata görə, Quba sakini Ramil Adıgözəlov yanvar ayının 4-ü axşam saatlarında "VAZ 21-06" markalı, dövlət qeydiyyat nişanı 40-BP-896 olan avtomobili ilə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan qohumugilə qonaq gəlib. O, avtomobilini qonaq gəldiyi evin qarşısında, Ruslan Allahverdiyev küçəsində saxlayıb. Axşam saatlarında isə maşın qapıdan oğurlanıb.

Avtombil sahibi 102 xidmətinə, həmçinin 40-cı polis bölməsinə məlumat verib. Avtomoil sahibi Ramil Adıgözəlov ehtimal edir ki, maşın səhərə yaxın oğurlanıb. Çünkü onun avtomobili 5-i səhər saatlarında Bakı-Sumqayıt yolunda bir neçə dəfə kameralara düşüb.

Avtomobil sahibinin dediyinə görə, oğrular ona təxminən 6 min manata qədər ziyan vurub.

Ev sahibi Baba Əliyev bildirir ki, ümumiyyətlə həmin məhəllədə bu kimi hallara heç vaxt rast gəlinməyib. Yəni bu hadisə ilkdir.

Məsələ ilə bağlı Binəqədi rayon polis bölməsindən bildirildi ki, hazırda oğurlanan avtomobilin tapılması istiqamətində işlər davam etdirilir.




Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.