SON XƏBƏRLƏR
20 Yanvar 2019
19 Yanvar 2019
18 Yanvar 2019
“Vergilər” qəzetinin yenilənmiş saytı fəaliyyətə başladı
CƏMİYYƏT 12:48 / 10.01.2019

Azərbaycan Vergilər Nazirliyinin "Vergilər” qəzetinin saytı yenilənərək fərqli, daha müasir dizaynda və yeni keyfiyyətdə təqdim olunub.

Xəbər veririk ki, www.vergiler.az ünvanında yerləşən saytın məqsədi əhalinin, sahibkarların vergilər sahəsində aparılan islahatlar, qəbul olunan qərarlar barədə operativ məlumatlandırılmasıdır.

Sadə və anlaşıqlı interfeysə malik olan "Vergilər” saytında nazirliyin elanları, ölkədə keçirilmiş hərraclar barədə məlumatlar, dövrlər üzrə müxtəlif hesabatlar dərc olunur.

Bununla yanaşı, saytın "Xəbərlər” bölməsinə daxil olan istifadəçilər təkcə ölkədə deyil, ümumilikdə dünyada vergi siyasəti sahəsində aparılan son islahatlar barədə ətraflı məlumat ala bilərlər.

"Vergilər” saytının "Məqalələr” bölməsində isə təkcə nazirliyin mütəxəssisləri deyil, həmçinin, müxtəlif müstəqil ekspertlərin vergi sahəsində aparılan islahatlarla bağlı fikirləri ilə tanış olmaq mümkündür.

Əhalinin məlumata çıxışının daha da asanlaşdırılması üçün Vergilər Nazirliyinin fəaliyyəti haqqında video və fotomateriallar, nazirlik nümayəndələrinin yerli telekanallara müsahibələri, açıqlamalarını əks etdirən məlumatlar da "Vergilər” saytında yerləşdirilir.


Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.