SON XƏBƏRLƏR
27 Iyun 2019
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Avropanın "demokratik dəyərlər maskası" yırtılır - VİDEO
DÜNYA 13:51 / 10.01.2019

Mehman Hüseynovun guya aclıq aksiyası keçirməsi ilə bağlı yalan xəbərlərin bəzi xarici mətbu orqanlarda dərc olunması ölkə ictimaiyyəti tərəfindən etirazla qarşılanır. Ortaq fikir bundan ibarətdir ki, məsələni gündəmdə saxlayan xarici dairələr bundan Azərbayacana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Halbuki, insan haqlarının kobud şəkildə pozulmasını görmək üçün Avropada baş verən hadisələrə diqqət yetirmək kifayətdir.

Demokratiya elə beşiyindəcə boğulur. Özünü demokratiyanın beşiyi hesab edən Fransa başda olmaqla bir sıra Avropa ölkələrində baş verən son hadisələrin mahiyyətini belə ifadə etmək olar. "Sarı jiletlilər"in aksiyaları bu dövlətlərin öz vətəndaşlarına, habelə demokratik dəyərlərə münasibətinin göstəricisidir. Bu ölkələrdə aksiyalar fiziki zorakılıqla dağıdılır, kütləvi həbslər həyata keçirilir, hətta toqquşmalrda insanlar həyatını itirir. Təkcə onu qeyd etmək yerinə düşər ki, Fransada "Sarı jiletlilər"ə qarşı atılan sərt addımlar nəticəsində 5600 nəfər saxlanılıb, mindən artıq şəxs həbs edilib, 10 nəfər ölüb, mindən çox insan isə yaralanıb. "Sarı jiletlilər"ə dəstək olmaq istəyənlərin İngiltərə və Belçikada da aqibəti fərqli olmayıb.

Maraqlısı isə budur ki, demokratiyanı və insan haqlarını əldə şüar edib bar-bar bağıran beynəlxalq qurumlar, qeyri hökumət təşkilatları bunları görməzdən gəlir. Halbuki, belə təşkilatların bir çoxunun mərkəzi ofisləri elə Fransanın özündə, bu antidemokratik addımların atıldığı yerdə yerləşir. Gözlərinin önündə baş verənləri görmək istəməyən "demokratiya keşikçiləri" əksinə, təsirləri altında olan media orqanları vasitəsi ilə digər ölkələrə təzyiq göstərməyə cəhd edirlər.

İnsanların sərbəst toplaşmaq hüququ, fikir azadlığı kimi təməl demokratik haqlarını məhdudlaşdıran bu dövlətlərdə hətta bu antidemokratik hərəkətlər qanuniləşdirilir. İnsnaların etiqad azadlığını heçə sayan qanunların ardından hökümətlər indi əvvəllər yolverilməz hesab edilən hərəkətlərini qanuniləşdirirlər.

Azərbaycana qarşı bu hərəkətlərini kampaniyaya çevirmək cəhdi, sifarişli yazıların sinxronlaşmış formada dərc olunması -bütün bunların vahid mərkəzdən idarə olunmasına şübhə yeri qoymur. Həmin dairələr Azərbaycanın inkişafına mane olmaq üçün bəhanə axtarır.

Bir sıra antimilli ünsürlər isə dövlətimizin əleyhinə yönəlmiş bu kampaniyaya canla-başla qoşularaq xarici ağalarının rəğbətini qazanmaq istəyirlər. Hər halda unutmaq olmaz ki, belə siyasi təzyiq xarakterli qərəzli kampaniyalar əvvəllər də olub və yəqin ki, sonuncu da deyil. Azərbaycanın əleyhinə həyata keçirilən bu kampaniyanın əvvəlkilər kimi nəticəsiz qalacağı isə şübhəsizdir.






Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.