SON XƏBƏRLƏR
20 Yanvar 2019
19 Yanvar 2019
18 Yanvar 2019
Aybəniz Haşımova: Həm öldüm, həm də dirildim - FOTO
CƏMİYYƏT 14:17 / 10.01.2019

İdeya müəllifi özümə aid olan və tələbəm Həsənlə birlikdə dahi Hüseyn Cavidin sözlərinə yazılan "Kor Ərəbin mahnısı”nın çəkilişlərinə başladıq.

Böyük bir komanda ilə Cavid Əfəndinin həyatına qiyabi də olsa daxil olduq... Bu an sanki həm öldüm, həm də dirildim! 

Bunu özəl açıqlamasında tanınmış ifaçı, Əməkdar artist Aybəniz Haşımova deyib.

"Onun həyatını bir-bir vərəqlədikcə, bir onu anladım ki, Hüseyn Cavid dünyaya kişi kimi gəldi, kişi kimi də getdi! Söz xətrinə, söz demədi! 

Yaltaq, dostunu satan, qatil, şərəfsiz olmadı bəziləri kimi! Mən bu gün bir daha əmin oldum ki, nə qədər ki, Azərbaycan var, o qədər də Hüseyn Cavid var!”, - deyə, qeyd edən müğənninin sözlərinə görə,  Cavid əbədi, onu sevə-sevə oxuyan fitri istedadlar, Həsən Əliyevlərin ruhunda, səsində yaşayacaq.

"Əziz tələbəm Həsən Əliyev, sən çox xoşbəxtsən! Xoşbəxtsən ona görə ki, bu gün Cavid Əfəndinin evində, onun masasında, onun toxunduğu əşyalara toxuna bilirdin... Bir anlıq da olsa Cavid dünyasına qərq olmuşdun! 

Sən Cavid Əfəndinin ev muzeyində, onun yaşadığı evdə, onun əsərləri ilə yanaşı əbədi bir ömür yaşayacaqsan! Bu, hər insana, hər ifaçıya qismət olmayan bir qismətdir.

Qoy, böyük Allah sənə Hüseyn Cavidin əsərlərinin ömrü qədər ömür versin! Sənət yolun hər zaman işıqlı olsun!!!”, - deyə, Əməkdar artist sonra bildirib.

O, həmçinin, əlavə edib ki, klipin rejissoru Ceyhun, operatoru Nadir Mehdiyevdir. 



Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.