SON XƏBƏRLƏR
21 Mart 2019
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
Bakı daha bir nüfuzlu tədbirə ev sahibliyi edəcək
ARAŞDIRMA 15:42 / 10.01.2019

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 53-cü Baş Assambleyası bu il Bakıda keçiriləcək.

Xəbər veririk ki, sessiyanın gündəliyinə qurumun iqtisadiyyat, ticarət, texnologiya və ekologiya, mədəniyyət, təhsil və sosial, eləcə də, hüquqi və siyasi məsələlər komitələrinin toplantılarında müzakirə ediləcək mövzular daxildir.

 Əsas müzakirə mövzusunu isə Azərbaycan tərəfi təklif edəcək. Toplantıda üzv ölkələrin nümayəndə heyətləri ilə yanaşı, çoxsaylı beynəlxalq qurumların təmsilçilərinin, ayrı-ayrı dövlətlərin parlamentlərinin müşahidəçi qruplarının iştirakı gözlənilir.

QDİƏT PM-in baş katibi Asəf Hacıyevin sözlərinə görə, bu gün Azərbaycanın digər beynəlxalq qurumlarda olduğu kimi, adıçəkilən təşkilatda da rolu yüksəkdir:

"Bunu ölkəmizin ev sahibliyi ilə keçirilən toplantılarda çoxsaylı nümayəndə heyətlərinin iştirakı da təsdiqləyir. Digər tərəfdən, Azərbaycanın uğurla reallaşdırdığı və dünya ticarətini canlandıran iri neft-qaz, nəqliyyat layihələri iqtisadi inkişafla yanaşı, regionda sülhə, təhlükəsizliyə xidmət edir.

Bu da ölkəmizin həm regionda, həm də dövlətlərin siyasi, iqtisadi əməkdaşlıq platformasına çevrilən təşkilatlardakı nüfuzunu artırır. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası iqtisadi təşkilat olmasına baxmayaraq, burada siyasi məsələlər də hər zaman aktualdır. Azərbaycan nümayəndə heyəti isə bütün toplantılarda torpaqlarımızın suverenliyinin və ərazi bütövlüyünün bərpası, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini qaldırır.

Elə Parlament Məclisinin Baş Assambleyasının son sessiyalarından birində ilk dəfə qəbul olunan bəyannamədə də quruma üzv ölkələrin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınmasına dair bənd öz əksini tapıb”.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.