SON XƏBƏRLƏR
20 Yanvar 2019
19 Yanvar 2019
18 Yanvar 2019
Dünya şöhrətli alimin Bakıdakı məzarında acınacaqlı mənzərə - FOTO
ARAŞDIRMA 17:12 / 10.01.2019

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, botanik və biogeoqraf İvan İvanoviç Karyaqinin Bakıdakı məzarı baxımsız qalıb. 

Dağıdılmış qəbirüstü daşı, zibil və selofan torbalar – dünya şöhrətli alimin məzarı ətrafında bu gün görə biləcəyimiz budur. 

Xəbər veririk ki, İ.İ.Karyaqinin ümumi rəhbərliyi altında səkkiz cildlik "Azərbaycan florası” kitabı hazırlanıb və nəşr olunub (Bakı, 1950-1961). 

Bu insan ölkəmizin bütün florasını təsvir edib, "Azərbaycanın dərman bitkiləri” kitabı, "Quba qəzasının qədim bitkiləri” oçerkinin (1930), tibbi, qida və digər faydalı bitkilərin araşdırılması ilə məşğul olan Azərbaycan şagirdlərinə yardım etmək üçün dərman bitkilərinin herbariumunu toplamaq üçün təlimatların (Bakı, 1943) müəllifi olub. 

Moskvadan Karyaqinə Rusiya Elmlər Akademiyasından dəfələrlə iş təklifləri gəlməsinə baxmayaraq (ona yüksək maaş, akademik rütbə, mərkəzdə ev söz vermişdilər – red.), o, Bakıda qaldı və bütün həyatını Azərbaycana həsr etdi. 

İ.Karyaqin 1966-cı ildə vəfat edib. O, Bakıdakı Yasamal qəbiristanlığında torpağa tapşırılıb.



Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.