SON XƏBƏRLƏR
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
17 Mart 2019
Sabiq deputat səhhətindən danışdı: Şəkərdən əziyyət çəkirəm
CƏMİYYƏT 18:53 / 10.01.2019

Səhhətimdə problemlər hələ də qalmaqdadır. Həm güclü qan təzyiqindən, həm də şəkərdən əziyyət çəkirəm. Yeriməyimdə, hərəkət etməyimdə müəyyən qədər çətinliklər var. Müalicələri davam etdirirəm.

Bunu açıqlamasında eks millət vəkili, sabiq icra başçısı, YAP Səbail rayon təşkilatının üzvü Səmayə Piriyeva deyib.

O qeyd edib ki, artıq neçə illərdir ki, səhhətində yaranan problemlərdən əziyyət çəkir:

"Səhhətimdə yaranan və davam edən problemlərə baxmayaraq, ölkədə gedən prosesləri, olan-bitənləri izləməyə çalışıram, həm mətbuat, həm internet resursları vasitəsilə.

Düzdür, aktiv fəaliyyətdən kənarda olsam da, ölkəmizdə baş verənlər və ölkəmizlə bağlı kənarda yaşananlar hamı kimi, məni də maraqlandır, çalışıram ki, bunlar barədə məlumatlı olum.

Ölkəmizin uğurları məni sevindirir. Arzu edirəm ki, digər həllini gözləyən məsələlər, o cümlədən, Qarabağ problemi öz çözümü tapsın. Bu, hamımızın arzumuzdur, diləyimizdir. Hər kəsə saytınız vasitəsilə can sağlığı, firavanlıq arzulayıram”, - deyə S.Piriyeva əlavə edib.

Qeyd edək ki, S.Piriyeva 1995-2000-ci illər arasında Milli Məclisin (MM) ilk çağırış deputatlarından olub və 1999-2000-ci illərdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Hazırda təqaüddədir.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.