SON XƏBƏRLƏR
27 Iyun 2019
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Məktəblilərin universitet arzuları puç oldu, 3 ölü - Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ
HADİSƏ 20:01 / 10.01.2019

Bu gün Quba rayonunun Zərdabi kəndində - Xaçmaza gedən yolda baş vermiş dəhşətli qəzada ölənlərin şəxsiyyəti müəyyənləşib.

Sürüşkən yolda "Ford" markalı yük maşınına çırpılan "VAZ 21010"da həlak olanlar 2003-cü il təvəllüdlü Qasımov Coşqun Kamil oğlu, 2002-ci il təvəllüdlü Abbasov Şakir Eldəniz oğlu və sürücü, 1986-cı ildə anadan olmuş Tarverdiyev Nail Teymur oğludur.

Qəzaya minik avtomobilinin qarlı yolda sürət həddini düzgün seçməməsi səbəb olub. Hadisə nəticəsində ölən yeniyetmələr orta məktəb şagirdi olub və ali məktbə hazırlaşırlarmış. Onlar bu gün səhər repititor yanına getmək üçün N.Tarverdiyevin avtomobili ilə yola çıxıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

Bu gün Quba rayonunda dəhşətli yol qəzası baş verib.

Quba-Xaçmaz yolunda "Vaz 21010" markalı minik avtomobili Ford markalı yük maşınına çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan 3 nəfər həlak olub. Hadisə yerinə polis və təcili yardım briqadaları cəlb edilib. Ölən şəxslırin kimliyi dəqiqləşdirilir./publika.az


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.