SON XƏBƏRLƏR
20 Yanvar 2019
19 Yanvar 2019
18 Yanvar 2019
Alimlər Misir mumiyalarının sirrini açdılar
CƏMİYYƏT 09:51 / 11.01.2019

İspaniyanın Milli Arxeologiya Muzeyi burada saxlanılan qədim Misir mumiyalarının skanlanmasının nəticələrini açıqlayıb.

"El Pais” qəzetinin məlumatına görə, mumiyalar 2016-cı ildə ekspertizaya göndərilib. O zaman tədqiqatçılar dörd eksponatı 15 saat müddətinə götürüblər ki, muzeyə gələnlər kolleksiyadan nəyinsə yoxa çıxdığını hiss etməsinlər.

RİA Novosti agentliyi xəbər verir ki, mumiyaları həkimlərin diaqnoz qoyduqları cihazlarla yoxlayıblar. Ən müəmmalı mumiyalardan birinin sirri açılıb. Həmin mumiyanı 1925-ci ildə Qahirədə alim İqnasio Bauer əldə edib və Barselonaya aparıb. İndiyədək mumiyanın qadına məxsus olduğu güman edilib. Tomoqrafik analiz nəticəsində məlum olub ki, cəvahiratla örtülmüş mumiya əslində kişiyə aid olub. Tədqiqatçıların fikrincə, bu, Nespamed adlı kahinə məxsusdur. O, həmçinin firon II Ptolomeyin göz həkimi olub.

Tədqiqatçıların fikrincə, Nespomed çox zəngin olub.(AZƏRTAC)


Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.