SON XƏBƏRLƏR
27 Iyun 2019
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Bakıda qadını hipnoz edərək 5 min manata yaxın pulunu əlindən aldılar - VİDEO
CƏMİYYƏT 15:23 / 11.01.2019

Dilənmək adı ilə girdikləri evdə ailə üzvlərini hipnoz vəziyyətinə salıb onlara qarşı soyğunçuluq edirlər.

Məlumata görə, son günlər bu cür cinayətlərə xüsusən də paytaxtda tez-tez rast gəlinir.

Təkcə ötən gün  dilənmək və ya fala baxmaq adı ilə mənzilə daxil olan şəxslərin fırıldağına məruz qalan 6 nəfər müraciət edib.

Belə bir cinayətə məruz qalan şəxslərdən biri də paytaxtın Xətai rayonu, Naximov küçəsində yaşayan Rühəngiz Əhmədzadədir. Onun sözlərinə görə, bir neçə gün əvvəl iki qadın dilənmək adı ilə onların qapısını döyüb. Rühəngiz Əhmədzadə onlara müəyyən məbləğdə pul verərək kömək edib. Söhbət əsnasında onlar qadına həm də falçı olduqlarını və yaxın vaxtlarda həmin evdə xoşagəlməz hadisə baş verəcəyini deyib, mənzilə daxil olublar.

Həmin vaxt fırıldaqçı qadınlar ev sahibinə qapını içəridən bağlamağı da tapşırıblar ki, onlara mane olan olmasın. Rühəngiz Əhmədzadəni onlar hipnoz etdikdən sonra deyiblər ki, onun qızıllarını ziyarətgaha aparıb təxminən 1 saat yarımdan sonra özünə qaytaracaqlar.

Zərərçəkmiş deyir ki, qadınlar getdikdən yarım saat sonra hipnozdan ayılıb və təxminən 4 min 300 manat məbləğində ziyana düşyünü görüb. İlk olaraq o, bu barədə ailə üzvlərinə xəbər verib.

Qadın özünə gəldikdən bir az sonra polisə də məlumat verib. Xətai rayon Polis İdarəsindən bildirildi ki, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.