SON XƏBƏRLƏR
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
17 Mart 2019
İnternet tənha insanların sayını artırır və boşanmaları sürətləndirir - VİDEO
CƏMİYYƏT 14:47 / 11.01.2019

İnternet Azərbaycanda tənha insanların sayını artırır və boşanmaları sürətləndirir.

Məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu problemin getdikcə dərinləşməsindən narahatdır.

Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyir ki, əvvəllər məişət zorakılığı halları boşanmaya nadir hallarda səbəb olurdu. Müasir cəmiyyətdə gedən qloballaşma prosesi isə vəziyyətə ciddi təsir göstərib.

Komitə rəsmisinin sözlərinə görə, problemin qarşısını almaq üçün ciddi tədbirlərə ehtiyac var. İnternet resursların müsbət tərəflərindən bəhrələnmək, sosial şəbəkələrdə maarifləndirmə işlərini gücləndirmək və faydalı portalların sayını artırmaq lazımdır.

Qeyd edək ki, internet səbəbindən boşanmaların çoxalması halları təkcə Azərbaycanda deyil, bütün ölkələrdə müşahidə olunur. BMT-nin statistik məlumatlarına əsasən, ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Almaniyada bağlanan nikahların 35-45 faizi, Bolqarıstan, Türkiyə, Yunanıstan və Macarıstanda isə 25-28 faizi boşanma ilə nəticələnir.





Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.