SON XƏBƏRLƏR
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
17 Mart 2019
Bakıda "donuz qripi" fırıldaqçıları peyda olub - VİDEO
CƏMİYYƏT 15:40 / 11.01.2019

Gürcüstanda "donuz qripi" virusunun olmasından istifadə edən bəzi şəxslər artıq Bakıda fırıldaqçılığa başlayıblar.

Sakinlərə yaxınlaşaraq binaların bloklarında "donuz qripi"nə qarşı dezinfeksiya apardıqlarını bildirərək onlardan pul alıblar.

Məlumata görə, həmin şəxslər paytaxtın Xətai, Suraxanı və Sabunçu rayonlarında belə bir addım atıblar. Çəkiliş apardığımız Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi V və D massivlərində yaşayan sakinlər bildirdilər ki, özlərini təqdim etməyən həmin şəxslər qapıları döyərək dezinfeksiya etməyi təklif edib, bunun qarşılığında isə 2 manat pul istəyiblər.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə bildirdi ki, həm mərkəzin özündə, həm də rayonlarda onların mərkəzi tərəfindən dezinfeksiya işləri aparılmır. Yalnız rayonlarda prodezinfeksiya idarələri Mənzil Komunal Təsərrüfatı birlikləri ilə müqavilə əsasında bağça, məktəb və xəstəxanalarda bu işləri apara bilərlər. Araşdırma zamanı isə məlum olub ki, həmin idarələr tərəfindən yaxın vaxtlarda heç bir dezinfeksiya işləri aparılmayıb.

Vətəndaşlara tövsiyə olunur ki, bu cür halla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etsinlər.




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.