SON XƏBƏRLƏR
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
17 Mart 2019
“Azərbaycan İslam mədəniyyətinin qorunmasında...” - Piter Teys
CƏMİYYƏT 16:13 / 11.01.2019

Azərbaycan İslam mədəniyyətinin, etnik irsin və yerli memarlığın qorunmasında fundamental rol oynayıb.

Bunu qlobal siyasət və trans-Atlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teysin "Eurasia Review” nəşrindəki məqaləsində yazılıb.

Müəllif qeyd edib ki, gözəl landşaftlar, heyrətamiz mədəni irs obyektləri və unikal İslam mədəniyyəti obyektləri Azərbaycanın bütün iri şəhər və rayonlarında əsas diqqətəlayiq yerlərdir.

Amerikalı ekspert öz məqaləsində əsasən Qazax və Naxçıvan Muxtar Respublikasının xüsusiyyətlərindən danışır:

"Qazax Norveç və Danimarka kral saraylarını bəzəyən xalçaları ilə məşhurdur. Qazax xalçaları həmçinin Amerika, Avropa və Asiyanın muzeylərində, o cümlədən Ermitaj, Metropoliten muzeyi (Nyu York), Berlin muzeyi, Budapeşt muzeylərində sərgilənir”.

Daha sonra məqalədə Naxçıvandan danışan P.Teys bildirib ki, bu bölgədə onu və həmkarlarını Əlincə qalası, Nuhun türbəsi, İlandağ və digər diqqətəlayiq yerlər heyrətləndirib.(trend.az)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.