SON XƏBƏRLƏR
21 Mart 2019
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
CƏMİYYƏT 02:55 / 12.01.2019

"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna əsasən, qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Bu barədə Nazirliyin QHT-lərə müraciətində bildirilir.

Qeyd edək ki, "Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən, qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

- Maliyyə vəziyyəti haqqında;

- Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat;

- Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

Eyni zamanda maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilib və təşkilatın maliyyə fəaliyyəti olmadığı təqdirdə, yalnız həmin formanı doldurularaq Maliyyə Nazirliyinə təqdim edilməlidir. Bundan başqa, Nazirlik QHT-lərdən illik maliyyə hesabatların elektron alınması məqsədilə "Elektron hesabatlılıq proqramı” hazırlayıb, www.qht-hesabat.maliyye.gov.az linki vasitəsilə qeydiyyatdan keçərək elektron hesabat təqdim etmək olar. 


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.