SON XƏBƏRLƏR
20 Yanvar 2019
19 Yanvar 2019
18 Yanvar 2019
Facebook Yəməndə acından ölən uşaqların fotolarını senzura edir
CƏMİYYƏT 07:10 / 12.01.2019

Amerika sosial  şəbəkə administrasiyası Facebook istifadəçilərə Yəməndə aclıqdan əziyyət çəkən uşaqların fotolarını redaktəsinə məcbur edir. FaktXeber.com-un məlumatına görə, bu barədə The Middle East xəbər verib.

Belə redaktədən sonra  şəkillər olduğundan az dəhşətli görünür və ümumi effekt yumşalır. Nəticədə Fələstində olduğu kimi, istifadəçilərə  baş verənlərin təhrif olunmuş təsviri təqdim olunur. Ən maraqlısı isə odur ki, adi gözlə bütün qabırğaları sananan uşaqların fotolarını redaktə etmə tələbi "seksual kontentin  qoyulma qaydalarına riayət etmə” konteksində irəli sürülür.

Facebook istifadəçiləri postlarında qəzəblə belə redaktələrin nümunələrini təqdim edirlər. Bunlardan  ən nəzərə çarpanı 12 yaşında 12.7 kq olan yəmənli qızcığaz Abrar İbrahimin şəklidir.

Fotoda sözün həqiqi mənasında bir dəri-bir sümük olan qız uşaq bezindədir. Facebook moderatorları isə can verən yeniyetmənin bu fotosunu «seksual kontentdən» hesab edib.

Bundan başqa ictimai fəallar bu fotoları öz Facebook səhifələrindən yerləşdirmək istəyərkən onları statusları bloklanıb.

Yeri gəlmişkən qeyd edək ki, Yəmən tam miqyaslı  fəlakətin astanasındadır.

"Biz vəziyyətin nə dərəcədə fəlakətli olduğunu daha çox anlayırıq”, - deyə Röyters-ə "Aclıqla mübarizə” fondunun (Action Against Hunger) regional direktoru Valentina Ferante bəyan edib.

O, bildirib ki, yaşam imkanları olmayan ailələr uşaqlardan hansını yedizdirib, hansını ac qoyma barədə seçim etməli olurlar. 


Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.