SON XƏBƏRLƏR
20 Yanvar 2019
19 Yanvar 2019
18 Yanvar 2019
Ermənistanda partiya sistemi tamamilə dağıdılıb
DÜNYA 04:12 / 12.01.2019

Ermənistanda 2018-ci ilin aprelində başlayan siyasi elitanın dəyişməsi prosesi başa çatır və yeni rəhbərliyin vəd etdiyi islahatları həyata keçirəcəyi, demokratik institutları və partiya sistemini bərqərar edəcəyi sual altındadır. Bildiririk ki, bu fikirləri Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan keçirdiyi mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, ölkədə partiya sistemi tamamilə dağıdılıb: "Ermənistanda güclü və inkişaf etmiş siyasi partiyalar yoxdur. Hazırda partiya sistemi tamamilə dağıdılıb və ölkədə normal fəaliyyət göstərən demokratik institutlar da mövcud deyil. Yeni hakimiyyətin bütün bu problemlərin öhdəsindən gələcəyi isə artıq başqa məsələdir”.

Erməni ekspert əlavə edib ki, Nikol Paşinyanın "Vətəndaş müqaviləsi” partiyası da kadr potensialı, maliyyə və media resursları baxımından zəifdir. O, Ermənistanda sosial-iqtisadi siyasətin də bu məsələdə həlledici rol oynayacağını vurğulayıb: "Mən şübhə edirəm ki, indi hakimiyyətə gələnlər hələ ötən ilin fevral-mart aylarında buna özləri də inanmırdı. Buna müvafiq olaraq, onların iqtisadiyyatda, siyasətdə və sosial sahədə islahatların aparılması barədə təsəvvürləri yoxdur və ola da bilməz”.


Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.