SON XƏBƏRLƏR
20 Yanvar 2019
19 Yanvar 2019
18 Yanvar 2019
Nazir: Əsassız əlillik təyinatları ləğv edilib
CƏMİYYƏT 03:54 / 13.01.2019

Əlillik təyinatlarında şəffaflığın təmin edilməsi məqsədilə ciddi nəzarət tədbirləri görülüb, Səhiyyə Nazirliyi ilə birgə iş nəticəsində 2018-ci ilin dördüncü rübündə birinci rüblə müqayisədə əlillik təyinatı 61 faiz, I qrup təyinatları isə 56 faiz azalıb.

Xəbər veririk ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, əsassız təyinatları ləğv edilərək, üç milyon manat büdcə vəsaitinə qənaət olunub.

"Nazirlik qarşısında qoyduğunuz vəzifələrdən biri də əlilliklə bağlı yeni konsepsiyanın hazırlanması və əlilliyi olan şəxslərin təminatının gücləndirilməsidir. Bununla əlaqədar olaraq, Dünya Səhiyyə Təşkilatının və Avropa ölkələrinin standartları əsasında əlillik üzrə yeni meyarlar hazırlanıb. Bu meyarlarda əlillik dərəcəsinin ənənəvi üç qrup əvəzinə, əmək və özünəqulluq qabiliyyətinin itirilməsi faizi əsasında qiymətləndirilməsi, sosial reabilitasiya və əməyə adaptasiya imkanları da nəzərə alınıb”.





Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.