SON XƏBƏRLƏR
21 Mart 2019
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
Bülbüloğlu Lavrovun təşkil etdiyi görüşə qatıldı
CƏMİYYƏT 05:34 / 13.01.2019

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun MDB dövlətlərinin səfirləri ilə işçi səhər yeməyi formatında görüşü təşkil olunub.

Xəbər veririk ki, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu də iştirak edib.

Görüşdə 2018-ci ildə birlik formatında çoxtərəfli qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi istiqamətində görülən işlərə yekun vurulub, yaxın bir ildə MDB-də Türkmənistanın sədrliyi ilə xarici siyasi əlaqələndirmənin möhkəmləndirilməsi əsasında prioritetlər və mühüm vəzifələr müəyyən edilib.

İştirakçılar, həmçinin aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparıblar.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.