SON XƏBƏRLƏR
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
10 Oktyabr 2019
“Qorxutmaq məqsədi ilə çıxardım” - Paytaxt sakinini kürəyindən bıçaqlayan şəxs - VİDEO
KRİMİNAL 15:26 / 17.01.2019

Bakının Nizami rayonu Kamil Balakişiyev küçəsində paytaxt sakini İbrahim Fətdayev naməlum şəxs tərəfindən kürək nahiyyəsindən bıçaqlanıb.

Xəbər veririk ki, yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə məlumat daxil olan kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini Elxan Həsənov saxlanılıb. O, ifadəsində əməlini etiraf edib.

Elxan Həsənov - saxlanılan şəxs:"Pilləkənin ağzında dayandım. Bunlar məni dartışdıranda qorxutmaq məqsədi ilə bıçağı çıxartdım ki, məni buraxsınlar. Bu an arxadan boyun nahiyəmə yumruq dəydi, həmin an bıçaq ona dəyib, amma mən bilməmişəm".

İstintaq tədbirləri davam etdirilir.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.