SON XƏBƏRLƏR
23 Aprel 2019
22 Aprel 2019
21 Aprel 2019
20 Aprel 2019
Hava şəraiti ilə əlaqədar sığınacağa nə qədər evsiz yerləşdirilib? - VİDEO
ARAŞDIRMA 12:22 / 18.01.2019
Yemək yeyən kim, isti çay içən kim... Soyuq havada köməksiz qalan insanlar sığınacaqda özlərinə rahatlıq tapdılar.

Bura Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağıdır. Sığınacağın direktoru Anar İbrahimov bildirdi ki, havanın kəskin dəyişməsi ilə ötən gündən sığınacağa müraciətlər də artıb.

Rasim Abdullayev gecə, Məhəmməd Muxtarov isə səhər saatlarında paytaxt ərazisində açıq havada köməksiz vəziyyətdə ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən aşkar edilərək sosial sığınacağa gətiriliblər.

Soyuqlardan əvvəl sosial sığınacağa yerləşdirilən 41 nəfər kimsəsiz insandan bir neçəsi ilə söhbət edib şəraitləri ilə maraqlandıq.

Qeyd edək ki, sosial sığınacaq 50 nəfərlikdir. Sığınacağın direktoru Anar İbrahimov onu da bildirdi ki, soyuq hava ilə əlaqədar müraciətlər çox olarsa, həmin şəxslərə də qalmaq üçün şərait yaradılacaq.




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.