SON XƏBƏRLƏR
15 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
10 Sentyabr 2019
Nəsiminin əsərlərinin yeni akademik nəşrinə ehtiyac var - VİDEO
MƏDƏNİYYƏT-ŞOU 12:46 / 22.01.2019

"Nəsimi ili'' ilə bağlı bu il silsilə tədbirlər keçiriləcək.

Məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu ''Nəsimi ili'' ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb.

''Nəsimi ili"ndə görüləcək işləri açıqlayan institutun direktoru Möhsün Nağısoylu bildirib ki, 2019-cu ilin "Nəsimi" ili elan olunmasi olduqca əlamətdar hadisədir.

Bu məqsədlə dahi şairin 650 illik yubileyi ilə bağlı bir sıra addımlar atılacaq. Bu il beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Konfransda həm ədəbiyyat, həm də dil məsələləri işıqlandırılacaq.

Direktorun sözlərinə görə, institutda "Nəsimi dil araşdırmaları qrupu"nun yaradilmasi nəzərdə tutulub. Bu qrup Nəsiminin dilini hərtərəfli araşdıracaq.

Alimlərin Nəsimi irsinin təbligi ilə baglı rayonlara səfəri nəzərdə tutulur. Paytaxt Bakı ilə yanaşı, bölgələrdəki orta və ali məktəblərdə Nəsiminin təbliğinə həsr edilmiş tədbirlər keçiriləcək.

Möhsün Nağısoylu əlavə edib ki, Nəsiminin əsərlərinin yeni akademik nəşrinə də ehtiyac var.





Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.