SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
“Eurovison”a bu 3 nəfərdən biri göndəriləcək - VİDEO
MƏDƏNİYYƏT-ŞOU 01:08 / 26.01.2019

İTV onlarla namizəd arasında üç nəfər müəyyənləşdirib.

Bir neçə həftə sonra İctimai Televiziya "Eurovision- 2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisini ictimaiyyətə təqdim edəcək.

Kanal onlarla namizəd arasında üç nəfər müəyyənləşdirib və onlar arasında seçim aparır.

Sözügedən şəxslərdən biri "Səs Azərbaycan müsabiqəsinin finalisti olan Samirə Əfəndidir. O, yarışmada iştirak edəcək favori namizəddir. Lakin Azərbaycan ard-arda xanım iştirakçıları "Eurovision”a göndərdiyi üçün bu dəfə əsas diqqət bəylərin üzərindədir.

İkinci namizəd isə "Səs Azərbaycan” proqramı ilə populyarlaşan, MTV –də yayımlanan "3 canlı” proqramının aparıcısı Tofiq Hacıyevdir.

Üçüncü ifaçı Fransanın TF1 telekanalında yayımlanan "The Voice 5” müsabiqəsinin iştirakçısı olmuş azərbaycanlı müğənni Araz Hümbətlidir.

İTV hələ üç iştirakçı arasında seçim aparır, qapalı keçirilən milli seçim turunun qalibini müəyyənləşdirməkdə çətinlik çəkir.(qafqazinfo.az)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.