SON XƏBƏRLƏR
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
Əli Əhmədov ixtisarlara münasibət bildirib
MÜSAHİBƏ 14:58 / 27.01.2019

Azərbaycanda struktur islahatlarının həyata keçirilməsi bütövlükdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə reallaşan dərin islahatlar konsepsiyasının bir istiqamətidir.

Bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov vurğulayıb ki, bu islahatlar idarəçilyin mexanizminin təkmilləşdirilməsi və daha da yaxşılaşmasını nəzərdə tutur. Amma struktur islahatları heç bir halda işçilərin ixtisar edilməsini nəzərdə tutmur və buna yol verilməyəcək:

"Birinci vitse-prezident Mehriban Əliyevanın gösrərişi də elə bundan xəbər verir ki, islahatların aparılmasında məqsəd işçiləri ixtirasa salmaq deyil. Söhbət işçilərin ixtisara salınmasından deyil, işçi qüvvəsindən, insan kapitalından daha səmərəli şəkildə istifadə etməkdən, ayrı-ayrı dövlət qurumlarının effektivlik dərəcəsinin artırılmasından, bu qurumlarda birləşmiş insanların ümumi işin aparılmasına verə biləcəkləri töhfənin artırılmasından gedir. Bizim niyyətimiz də məhz budur”.

Baş nazirin müavini qeyd edib ki, KİV-lərin vəzifəsindən biri Prezidentin həyata keçirdiyi və bununla bağlı Mehriban Əliyevanın göstərişinin həqiqi mahiyyətini insanlara və cəmiyyətə çatdırmaq olmalıdır: "Birinci vitse-prezident Mehriban Əliyeva da artıq açıq şəkildə bəyan edib ki, bu insanlar yenilənən və islahatlar nəticəsində formalaşan qurumlarda işlə təmin olunacaqlar”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.