SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
19 Iyul 2019
Şəhid anası: Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşü bizə göstərilən yüksək diqqət və qayğının təzahürüdür
REPORTAJ 14:12 / 29.01.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşməsi Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən oğullarının ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının göstəricisidir. Dövlətimizin başçısı bu görüşdə şəhid ailələrinə dərin hörmətini ifadə etdi. Bizim ailəyə də birdəfəlik ödəmə olunub. Bir şəhid anası kimi belə bir humanist addıma görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qubanın İsnovqışlaq kəndində yaşayan şəhid anası Gülarə Şəmiyeva söyləyib.

Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə Gülarə Şəmiyevanın iki oğlu Sərvər və Şəmsəddin qardaşları qəhrəmancasına şəhid olub.

Sərvər Şəmiyev 1993-cü ilin noyabr ayında cəbhəyə yollanıb. Ağcabədi rayonunun bir neçə kəndinin erməni işğalçılarından təmizlənməsində fəal iştirak edib. 1994-cü il yanvarın 12-də Martuni kəndi uğrunda gedən döyüşdə minaya düşərək həlak olub. Sərvərin kiçik qardaşı Şəmsəddin Şəmiyev isə Milli Orduya ondan 4 ay əvvəl yazılıb. Cəbhədə ayrı-ayrı döyüş bölgələrində vuruşan qardaşlar həmişə bir-birini soraqlayıb, bir yerdə döyüşməyə can atıblar. Amma tale elə gətirib ki, Vətən uğrunda canlarından keçən Sərvər və Şəmsəddin qardaşları eyni gündə, 1994-cü il yanvarın 13-ü İsnovqışlaq kənd qəbiristanlığında torpağa tapşırılıblar.

Şəhidlərin anası Gülarə Şəmiyeva bildirib ki, övlad itkisi çox ağır olsa da, oğlanlarının Vətən uğrunda şəhidlik zirvəsinə yüksəlməsi ona təsəlli verir. "Mənim övladlarım vətənpərvər, elini, obasını sevən igidlər idi. Onların qəhrəmanlıqları dillərdə dastandır. Kəndimizin məktəbi Sərvər və Şəmsəddin Şəmiyev qardaşlarının adını daşıyır. Mən Prezidentimizə minnətdarlığımı bildirirəm, bizim qayğımıza qalır. Şəhid ailəsi olaraq dövlətin yanımızda olmasını daim hiss edirik”, - deyə Gülarə Şəmiyeva bildirib

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.