SON XƏBƏRLƏR
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
Parisdə azərbaycanlı rəssamın sərgisi keçirilib - FOTO
MƏDƏNİYYƏT-ŞOU 10:14 / 01.02.2019
Parisin 4-cü rayonunda "Galerie Schwab Beaubourg” qalereyasında azərbaycanlı rəssam Niyaz Nəcəfovun sərgisi olub.

AZƏRTAC xəbər verir ki, rəssamın əsərləri Birləşmiş Krallıq, İsveçrə, ABŞ, Almaniya, Misir və Fransada dəfələrlə sərgilənib. Əsərləri Rovereto Müasir İncəsənət Muzeyində (İtaliya), eləcə də Azərbaycanda və onun hüdudlarından kənarda çoxsaylı şəxsi kolleksiyalarda saxlanılır.

53-cü Venesiya Biennalesində ölkəmizi təmsil edən rəssamlardan olan fırça ustasının iki əsəri tanınmış kolleksiyaçı Albert Sandretti tərəfindən satın alınıb. 2013-cü ildə Londonda "Gazelli art House” incəsənət evində "Rəqs edən sümüklər” sərgisi böyük maraqla qarşılanıb. İngilis incəsənət tənqidçisi onun əsərlərinin faciəvi xarakterinə görə onu Francis Bacon ilə müqayisə edib.

Rəssamın yaradıcılığında insan daim yeni stilistik həllər axtarışında olur. Ümumbəşəri mövzular və şəxsi həyat arasında yaratdığı bu paralel sənətkarın yaradıcılığının əsas xarakterlərindəndir. Rəssam əsasən isti rənglərə müraciət edir. O, müasir ekspressionist və müstəsna kolorist hesab olunur.

BMT-nin Cenevrə Bölməsinin Millətlər Sarayında "Qobustandan yol gələn naxışlar”, Almaniyanın Berlin şəhərində keçirilən onlarla sərgilərdə iştirak edən rəssamın əsərləri avropalı sənətsevərlər və mütəxəssislər tərəfindən maraqla qarşılanır.

N.Nəcəfov Londonun məşhur "Phillips de Pury & Company” sərgi qalereyasında Heydər Əliyev Fondunun və "Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə keçirilən "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisində də iştirak edib.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.