SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
Babək prospektində maşın çuxura düşdü - FOTO
HADİSƏ 11:06 / 01.02.2019
Babək prospektində yenidən asfalt örtüyü çöküb.

"Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında baş verib.

Yolda hərəkətdə olan 99-CA-956 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil çuxura düşüb. Hadisə yerinə təcili yardım briqadası və avtomobili çuxurdan çıxarmaq üçün xüsusi texnika çağırılıb. Sürücünün səhhəti barədə məlumat yoxdur.

Qeyd edək ki, prospekt aylardır aparılan yenidənqurma işlərindən sonra ötən il dekabrın 10-da sürücülərin istifadəsinə verilib.
Əldə etdiyimiz məlumata görə, yolda yaranmış dərin çuxurun səbəbi təmir işlərinin aparılması ilə əlaqədardır. Belə ki, yolu təmir üçün müvafiq qurumlardan biri qazıb, amma başa çatdırmadıqları üçün dərin çuxurun üstü açıq qalıb.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.