SON XƏBƏRLƏR
16 Fevral 2019
15 Fevral 2019
14 Fevral 2019
"Ay zavallı insan, sən çayxanada və ya kababxanada zarafat etmirsən,.." — Eynulla Fətullayevdən Siyavuş Novruzova AĞIR SÖZLƏR
CƏMİYYƏT 07:27 / 07.02.2019

Ömrünün böyük hissəsini jurnalistikaya həsr edən Hacızadə Azər Yadulla oğlu Azinforum.az-a maraqlı videomüsahibə verib. O, bildirib ki, 90-cı illərdə Naxçıvan MR-də yaşanan bütün hadisələrin canlı şahidi və iştirakçısı olub. Xüsusilə də, ermənilərin Naxçıvana etdiyi silahlı həmlələr nəticəsində yaranan mənzərə və mərhum Prezident Heydər Əliyevin Naxçıvanda olduğu dönəmlə bağlı hələ də işıq üzü görməyən zəngin arxivə malik olduğunu bildirən jurnalist deyir ki, maddi çatışmazlıq ucbatından həmin "fotoplyonkalar” məhv olmaq təhlükəsilə üzləşib.

Jurnalist deyir ki, 90-cı illərdə rəqəmsal fotoapartlar az olduğu səbəbindən, bütün fotolar köhnə model "Zenit”-lə çəkilib. Hazırda həmin fotolentlərin bərpası zərurəti orta çıxıb. Həmin zəngin tarixə aid fotoların, sənədlərin bərpa olunması istiqamətində jurnalistə dəstək olmaq istəyənlər üçün jurnalist Azər Hacızadənin əlaqə nömrəsini qeyd edirik (055-280-58-72).

Azinforum.az Azər Hacızadə ilə yanvar ayının sonunda hazırlanan maraqlı müsahibəni təqdim edir:


Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.