SON XƏBƏRLƏR
23 Aprel 2019
22 Aprel 2019
21 Aprel 2019
20 Aprel 2019
Ermənilər BUNU DA ETDİ: Qarabağda Avropa futbol çempionatı...
DÜNYA 14:13 / 07.02.2019

Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində futbol çempionatı keçiriləcək.

Publika.az xəbər verir ki, aralarında Abxaziya, cənubi Osetiya, Donetsk və Luqansk Xalq Respublikalarının olduğu ölkələrdən 12 futbol komandası rəsmi şəkildə tanınmayan qondarma "Dağlıq Qarabağ respublikası"nda qeyri-qanuni Avropa çempionatı keçirəcək.

BMT tərəfindən tanınmayan ölkələrin komandaları arasında baş tutacaq Avropa kubokunun püşkatmaları Müstəqil Futbol Federasiyaları Konfederasiyasının (ConIFA) internet saytı vasitəsilə elan edilib.

Püşkatmalara görə, komandalar üçlü çəkildə dörd qrupda mübarizə aparacaq. Çempionat iyun ayında start götürəcək.

Dağlıq Qarabağın komandaları ilk qrupda yer alıb.

Qeyd edək ki, çempionatın son turniri İngiltərədə keçirilmişdi.

Xatırladaq ki, ConIFA 2013-cü ildə qurulub. Konfederasiya BMT tərəfindən tanınmayan ölkələrin və qismən də avtonom dövlətlərin, etnik toplumların futbol federasiyalarını birləşdirir. Mərkəzi İsveçrədə yerləşir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.