SON XƏBƏRLƏR
15 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
10 Sentyabr 2019
Hazal Kaya məşhur aktyorla evləndi - “17 yaşında söz vermişdim ki…” – FOTO
MƏDƏNİYYƏT-ŞOU 02:28 / 08.02.2019
Dünən 28 yaşlı türkiyəli aktrisa Hazal Kaya ilə 42 yaşlı aktyor Ali Atayın toyu olub.

Türkiyə mətbuatına istinadən xəbər veririk ki, 5 illik münasibətlərini rəsmiləşdirməyə qərar verən cütlüyün toyunda kino və musiqi aləminin bir çox tanınmış simaları iştirak edib.

Toyda iki gəlinlik dəyişən Hazal Kaya Ali Atayla birlikdə jurnalistlərin suallarını cavablandırıb. Cütlük çox həyəcanlı olduğunu və fərqli duyğular yaşadığını etiraf edib.

Aktrisanın gəlinliyini türkiyəli dizayner Özgür Mansur hazırlayıb. Ulduz gəlinliyini vualla tamamlayıb. Klassik gəlinliklərdən seçilən bu libas sosial şəbəkədə böyük rəğbət toplayıb.

"Özgür çox yaxın dostumdur, 17 yaşında ona söz vermişdim ki, bir gün evlənərsəm, gəlinliyimi sən hazırlayacaqsan. Həqiqətən də belə oldu" , - deyə aktrisa qeyd edib.

Rəsmi nikah mərasimindən sonra Hazal Kaya rəqs edə biləcəyi daha rahat libas geyinib.

Ulduz cütlük işlərindən dolayı bal ayına getməyəcəyini, lakin yayda səyahətə çıxacağını vurğulayıb.





Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.