SON XƏBƏRLƏR
15 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
10 Sentyabr 2019
Şəhid xanımından yeni layihə: “Talandı torpağımız” - FOTO
MƏDƏNİYYƏT-ŞOU 17:11 / 08.02.2019

Əməkdar artist, tanınmış ifaçı və şəhid xanımı Aybəniz Haşımova şəhid olan uşaqlara layihə həsr edib.  

Bu barədə müğənni açıqlamasında məlumat verib.

A.Haşımovanın sözlərinə görə, layihə "Talandı torpağımız” adlanır: 

"Qarabağda və ümumiyyətlə, ermənilər tərəfindən öldürülən uşaqlarımıza bir layihə həsr etdim. Artıq layihə hazırdır və yaxın günlərdə təqdimatı olacaq.

Layihə "Talandı torpağımız” adlanır. Bu mahnının sözləri dahi şairimiz Bəxtiyar Vahabzadəyə, musiqisi Xalq artisti Niyaməddin Musayevə aiddir.

Mahnını "Sənət Akademiyası”nın yetirməsi Milana Nəbiyeva ifa edəcək”.

 A.Haşımova qeyd edib ki, klipdə şəhid olan uşaqları "Sənət Akademiyası”nın yetirmələri canlandırıb.  

Klipin operatoru Nadir Mehdi, rejissor və ssenari müəllifi A.Haşımovadır.

Kamil HƏMZƏOĞLU


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.