SON XƏBƏRLƏR
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
Separatçı Ermənistan münaqişə və qarşıdurmanın tərəfdarıdır - Politoloq
MÜSAHİBƏ 09:44 / 09.02.2019

Gürcüstanın Axalkalaki rayonunun Boğaşen kəndində terrorçuya, muzdlu qatilə abidə qoyulması, ilk növbədə, Gürcüstan və Azərbaycan dövlətlərinə qarşı təxribat, xalqlarımıza qarşı qatı cinayətdir.

Bu sözləri fevralın 8-də Tbilisidə parlament binasının qarşısında keçirilən etiraz aksiyasında azərbaycanlılara dəstək verən politoloq, professor Simon Kopadze AZƏRTAC-a müsahibəsində söyləyib.

Politoloq deyib: "Mixail Avaqyan adlı terrorçuya, əli günahsız insanların qanına batmış cinayətkara abidə qoyulması heç də sadə erməni xalqının arzusunu ifadə etmir. Bəzi qüvvələr bu yolla Ermənistanda Baş nazir Nikol Paşinyana arxadan zərbə vurmaq istəyirlər. Rusiyadan istənilən dəstəyi ala bilməyən, eləcə də Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqlardan məğlub ayrılan Nikol Paşinyanı istəməyən qüvvələr bu yolla onun Gürcüstan ilə münasibətlərini, eləcə də Gürcüstanın Azərbaycan ilə strateji tərəfdaşlıq əlaqələrini zəiflətmək istəyirlər”.

Onun sözlərinə görə, Ermənistanın separatçı qüvvələri Gürcüstanın tolerantlıq imicini zəiflətmək, Azərbaycan ilə dostluq münasibətlərini korlamağa çalışırlar.

Politoloq deyib: "M.Avaqyanın Axalkalakidəki büstü mütləq götürülməlidir. Əgər onlar həqiqi qəhrəman axtarırlarsa Abxaziyada Gürcüstanın müstəqilliyi uğrunda qəhrəmanlıq göstərərək həlak olan ermənilər çoxdur. Onlara abidə ucaltsınlar. Amma separatçı qüvvələr təbii ki, bunu etməzlər. Onlar heç həmin həlak olan insanların ailələrinə belə yardım göstərmirlər. Bu isə bir daha göstərir ki, separatçı Ermənistan dostluq, əməkdaşlıq, sülh və sabitlik deyil, həm ölkə daxilində, həm də regionda gərginlik, münaqişə və müharibə tərəfdarıdır”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.