SON XƏBƏRLƏR
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
Komitə sədri: Ən təhlükəli məsələlərdən biri odur ki...
CƏMİYYƏT 14:19 / 09.02.2019

Ən təhlükəli məsələlərdən biri internetin, sosial şəbəkələrin görünmədən, lakin çox sürətlə ailələrə daxil olmasıdır. Biz görürük ki, insanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, valideyn-övlad ünsiyyətində soyuqluq yaradır.

 Trend-ə istinadən məlumata görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, bu hal xüsusən böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır:

"Ona görə də biz uşaqları onların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorumalıyıq. Bunun üçün biz valideynlər və uşaqlarla görüşlər keçirir, texologiyanın müsbət və mənfi tərəfləri barədə məlumatlar veririk”.

H.Hüseynova əlavə edib ki, ailədə valideyn məsuliyyətinin artırılması ən önəmli məsələlərdən biridir: "Ailədaxili münasibətlərin pozulması zamanı erkən müdaxilə etmək və problemin vaxtında həll olunması üçün "Ailə Psixoloqu” İnstitutunun yaradılması da gündəmdədir. Ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Əfsuslar olsun ki, bir çox hallarda sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsi nümayiş olunur. Halbuki bizim çox sayda nümunəvi ailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır, lakin balans pozulmamalıdır”.

H.Hüseynova bu gün Azərbaycanda 2 milyon 100 mindən çox ailənin olduğunu da qeyd edib


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.