SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
Cocuq Mərcanlıda gənc hərbçilərlə görüş keçirilib
CƏMİYYƏT 19:28 / 09.02.2019
Müdafiə Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Gəncliyə Yardım Fondunun və "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin təşəbbüsü ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində gənc hərbçilərlə görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, görüş ön xətdə düşmənlə üz-üzə dayanan, torpaqlarımızın azadlığı uğrunda döyüşə daim hazır olan gənc hərbçilərlə həmrəylik və mənəvi birlik nümayiş etdirmək məqsədi daşıyıb.

Əvvəlcə tədbir iştirakçıları 2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Sonra qonaqlar əsgər, gizir və zabitlərlə görüşüb, onların xidmət və məişət şəraiti ilə tanış olublar.

Gənc müğənnilərin iştirakı ilə konsert proqramı təqdim edilib. Sonda xatirə şəkli çəkilib, hərbi hissənin şəxsi heyətinə hədiyyələr verilib.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.