SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
Hacıqabulda avtomobil zavodunun təməli qoyuldu
CƏMİYYƏT 00:48 / 10.02.2019

Bu gün Hacıqabul Sənaye Məhəlləsində yeni avtomobil zavodunun əsası qoyulub.

Xəbər veririk ki, təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və onun rusiyalı həmkarı  Maksim Oreşkin iştirak ediblər.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, zavodda "QAZ” markalı yüngül tonnajlı yük maşınları buraxılacaq.

İllik min ədəd avtomobil istehsalı üçün nəzərdə tutulan müəssisənin maliyyə dəyəri 14 milyon manatdır, və bu vəsait tam olaraq "Azərmaş” ASC tərəfindən yatırılacaq. 

İstehsal avadanlıqları Rusiya və Avropa İttifaqı ölkələrindən gətirilib. 

Müəssisə 2020-ci ildə istehsala başlayacaq və burada 100 nəfər işlə təmin olunacaq.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.