SON XƏBƏRLƏR
16 Fevral 2019
15 Fevral 2019
14 Fevral 2019
Bakıda dəhşətli hadisə - Avtomatla güllələyib öldürdülər
HADİSƏ 20:37 / 10.02.2019

Ötən gün axşam saatlarında Qaradağ rayonunun ərazisində silahlı insident baş verib.

virtualaz.org-a istinadən xəbər veririk ki, qapalı müəssisənin həyətindəki çayxanada işləyən 23 yaşlı Salyan rayonunun Xıdırlı kənd sakini Səməd Ağacəfər oğlu Xanməmmədov qarovulun avtomat silahdan açdığı atəş nəticəsində qətlə yetirilib.

Qətli törədən şəxs saxlanılıb.

Hadisənin çayxanaya olan borca görə yaranmış münaqişəyə görə baş verdiyi deyilir.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.


Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.