SON XƏBƏRLƏR
16 Fevral 2019
15 Fevral 2019
14 Fevral 2019
Gənc əsgərlər and içdilər
CƏMİYYƏT 07:12 / 11.02.2019
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bütün qoşun növlərində, hərbi birliklərdə, eləcə də digər təminat hərbi hissələrində təşkil edilmiş mərasimlərdə ənənəyə uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət Himni ifa edilib və tədbir açıq elan olunub.

Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.
Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, şəhid ailələrinin üzvləri, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər.

Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.