SON XƏBƏRLƏR
16 Fevral 2019
15 Fevral 2019
14 Fevral 2019
Azərbaycanda istehsal olunan xalçalar İsveçdə satışa çıxarılıb
MƏDƏNİYYƏT-ŞOU 06:14 / 11.02.2019

İsveçin paytaxtı Stokholmda "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin istehsalı olan məhsulların satışını həyata keçirən mağaza açılıb.

Stokholmun Viksjö rayonunun ticarət mərkəzində "Azerbajdzjanska mattor" adı ilə yeni fəaliyyətə başlayan mağaza artıq yerli ictimaiyyətin marağına səbəb olub.

Bu barədə AZƏRTAC-a məlumat verən mağazanın sahibi Əbülfəz Seyidov deyib ki, İsveçdə Azərbaycan xalçalarının satışını həyata keçirmək üçün mağaza açmaq fikri onun ailəsinə məxsusdur. Buna görə də ona məxsus "NGK-AZE” şirkəti Azərbaycan xalçalarının İsveçə idxalı üçün "Azərxalça”ya müraciət edib. Bundan sonra sahibkarın verdiyi təklif "Azərxalça” tərəfindən müsbət dəyərləndirilib və həmin şirkətin "Azərxalça”nın İsveçdəki distribüteri olması ilə bağlı razılıq əldə olunub


Sahibkar bildirib ki, fəaliyyətə başlayan yeni mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlifölçülü xalçalar satışa çıxarılıb. Bundan başqa müştərilərə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin kataloqundan istənilən xalçaları seçmək imkanı da yaradılıb.



Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.