SON XƏBƏRLƏR
16 Fevral 2019
15 Fevral 2019
14 Fevral 2019
Bakıda məşhur biznesmen lüks avtomobillə qəza törətdi – ÖLƏN VAR
HADİSƏ 11:22 / 11.02.2019

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Əldə etdiyimiz məlumata görə, gecə saat 22 radələrində paytaxt sakini Vəliyev Sunay Məsud oğlu idarə etdiyi "Mercedes GLS” markalı, 99 VS 999 dövlət qeydiyyat nişanlı avtomobillə Zığ yolunda hərəkətdə olarkən Ağdam rayon sakini 1969-cu il təvəlüldlü Əliyev Müşfiq Sərdar oğlunu vurub.

Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən S.Vəliyev saxlanılıb.

Qeyd edək ki, qəzanı törədən S.Vəliyev 2015-ci ildə vəfat edən məşhur biznesmen Məsud Vəliyevin oğludur. "Laçın" Ticarət Mərkəzinin sahibi lan və "Laçınlı Məsud" kimi tanınan iş adam vəfat edəndən sonra onun biznesinə oğlu rəhbərlik edir. Onlar "MVF”, "Laçın Ticarət Mərkəzi” və "Sunay Ticarət Mərkəzi” MMC-lərinə nəzarət edir.


Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.