SON XƏBƏRLƏR
22 Sentyabr 2019
21 Sentyabr 2019
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
XİN: Azərbaycan danışıqlar xatirinə danışıqların yox, ciddi nəticələrin tərəfdarıdır
SİYASƏT 07:44 / 12.02.2019

Azərbaycan 2019-cu ildə erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması məsələsində irəliləyişə ümid edir.

Bunu "The Korea Times” qəzetinə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov deyib.

E.Məmmədyarov bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi dəfələrlə bütün platformalarda ən yüksək səviyyədə səsləndirilib:

"Münaqişə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həll olunmalıdır. Nizamlanmanın hüquqi əsasına gəldikdə xatırlatmaq lazımdır ki, bununla bağlı BMT-nin 1993-cü ildə qəbul olunmuş 4 qətnaməsi, digər beynəlxalq təşkilatların, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər təşkilatların qərar və qətnamələri mövcuddur”.

Nazirin sözlərinə görə, təəssüf ki, uzun illər aparılmış danışıqlar heç bir nəticə verməyib:

"Amma Ermənistanda bir müddət əvvəl baş vermiş hadisələr, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında söhbətlər, eləcə də erməni həmkarımla dörd görüşüm danışıqlar prosesinin irəliləməsi üçün müəyyən əsaslar yaradıb”.

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan danışıqlar xatirinə danışıqların yox, ciddi nəticələrin tərəfdarıdır və bu, ölkənin prinsipial mövqeyidir:

"Ümid edirik ki, bu il erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacaq. Münaqişənin nizamlanmasında irəliləyiş, bütün regionda sülh, təhlükəsizlik və sabitlik üçün şəraitin yaradılması ilk növbədə Ermənistanın özünün iqtisadi inkişafı üçün imkanlar yaradır”.

Nazir əlavə edib ki, Azərbaycan müxtəlif etnik qruplara mənsub vətəndaşlarının təhlükəsizliyini təmin etdiyi kimi, beynəlxalq öhdəliklərə uyğun olaraq bunu Dağlıq Qarabağda erməni əsilli vətəndaşları barəsində də etməyə və onlara Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ən yüksək səviyyədə özünüidarə hüququ verməyə hazırdır. (trend)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.