SON XƏBƏRLƏR
20 Iyun 2019
19 Iyun 2019
18 Iyun 2019
"Azərbaycan futbolunun inkişafında Qurban Qurbanovun böyük xidmətləri var"
İDMAN 11:17 / 12.02.2019
Əsas məqsədimiz hər yeni qarşılaşmada daha gözəl və maraqlı oyun nümayiş etdirməkdir.

Xəbər veririk ki, bunu futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Nikola Yurçeviç fevralın 12-də mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, əsas hədəf Avropa çempionatının seçmə mərhələsində uğurla çıxış etməkdir. Qarşıya "Avro 2020”nin final mərhələsinə vəsiqə qazanmaq məqsədi qoyulub.

"Azərbaycan futbolunun inkişafında Qurban Qurbanovun böyük xidmətləri var. Onun futbolçu və məşqçi karyerası barədə məlumatlıyam. Qurban Qurbanovun Serbiya millisinin qapısına vurduğu qolu indiyədək xatırlayıram. Yaxın günlərdə ölkə çempionatında çıxış edən klubların baş məşqçiləri ilə görüş nəzərdə tutulub. Görüşdə qarşıdakı hədəflər müzakirə olunacaq”, - deyə xorvatiyalı baş məşqçi əlavə edib.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.