SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Ceyhun Bayramov: "Tələbələrin 50 faizi təqaüd alacaq"
MÜSAHİBƏ 13:41 / 15.02.2019

"Təhsilin bütün pillərlərində təhsil alan tələbələrin təqaüdləri nin məbləği əhəmiyyətli dərəcədə artırılıb. Bu sərəncam nəticəsində orta hesabla təqaüdlər 14 faizdən 25 faizədək artırılıb. Ümumilildə müxtəlif kateqoriyada müxtəlif akademik göstəricilərə nəzər salsaq bu orta hesabla 20 faiz artım deməkdir”.

Xəbər veririk ki, bu sözləri təhsil naziri Ceyhun Bayramov tələbələrin təqaüdlərinin artırılması ilə bağlı sərəncamı şərh edərkən deyib.

Nazir bildirib ki, bu sərəncam təxminən 110 mindən artıq tələbəyə şamil edilir.

"Sərəncam tələbələrin rifah halının yaxşılaşdırılması , ali təhsilin keyfiyyətinin artırılması, akademik göstəricilərin yüksəlməsi istiqamətində dövlətimizin tələbələrə diqqətinin göstəricisidir”.

Nazir onu da vurğulayıb ki, ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi barədə sərəncam təqaüd almaq hüququ olan tələbələrin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.

"Bu sərəncamla martın 1-dən hazırda təqaüd alan tələbələrdən əlavə daha 16 min nəfər təqaüd almaq imkanı əldə edəcək. Bu da təqaüd alan tələbələrin 30 faiz artacağı deməkdir.2019-2020-ci tədris ilindən 45 faizdən az olmayaraq, 2020-2021-ci akademik ilində 50 faizdən aşağı olmayaraq tələbələrin təqaüd alması nəzərdə tutulub. Hazırda tələbələrin 31 faizi təqaüd alır. Bu sərəncamın icrasından sonra bu sayın nə qədər artmasının şahidi olacağıq”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.