SON XƏBƏRLƏR
27 Iyun 2019
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Çeçen nazir Əli Həsənovun açıqlamasına münasibət bildirib
SİYASƏT 22:44 / 16.02.2019

Çeçenistan Respublikasının rəsmi şəxsləri və KİV-i azərbaycanlılarla çeçenlərin Moskvada baş vermiş və böyük səs-küyə səbəb olmuş kütləvi davaya cəlb olunmaları məsələsinə reaksiya veriblər.

Rusiya paytaxtındakı "Neolit” restoranında baş vermiş hadisə – azərbaycanlılarla çeçenlər arasında atışma, daha sonra azərbaycanlı taksi sürücüsünün qətlə yetirilməsi rezonans doğurmuşdu.

Qeyd edək ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəzilərinin hadisəyə sosial-etnik xarakter vermək cəhdinə etiraz etdi. 

Əli Həsənov bildirdi ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz. 

Əli Həsənovun bəyanatına Çeçenistan hökuməti də cavab verib. 

Respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib: "Çeçenistan Respublikasının rəhbərliyi hadisə barədə məlumatlıdır, nümayəndələrimiz münaqişənin təfərrüatlarını araşdırır və onun səbəbkarlarını axtarılar” - C.Umarovun bəyanatında deyilir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.