SON XƏBƏRLƏR
20 Iyun 2019
19 Iyun 2019
18 Iyun 2019
Millət vəkilləri insanları təxribatlara uymamağa çağırırlar - VİDEO
MÜSAHİBƏ 11:30 / 17.02.2019

''Azərbaycan xalqı ilə çeçen xalqı arasında tarixi sıx münasibətlər mövcuddur və bu münasibətlərə xələl gətirmək istəyən qüvvələr məqsədlərinə nail ola bilməyəcəklər''.

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri millət vəkilləri Moskvada azərbaycanlılar və çeçenlər arasında baş verən insidentə münasibət bildirərkən səsləndiriblər.

Hər iki tərəfdən verilən rəsmi açıqlamalar, eyni zamanda icmalar arasında görüşlər isə millət vəkilləri tərəfindən müsbət qarşılanıb.

Millət vəkilləri bildiriblər ki, Azərbaycan və çeçen xalqları arasındakı tarixi əlaqələri pozmağa çalışan qüvvələr buna nail ola biləcəklərini düşünürlərsə, yanılırlar.

Millət vəkilləri deyirlər ki, insidentdən sonra həm Azərbaycan, həm də çeçen rəsmilərinin açıqlama ilə çıxış etmələri və bu hadisələri pisləmələri münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir.

Elə Rusiya Dumasının üzvləri də azərbaycanlı həmkarları ilə eyni fikirdədir. Dövlət Dumasının deputatı Dmitri Savelyev "report"a bildirib ki, bu, Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafını yavaşlatmaq istəyənlərin təxribatıdır: "Çeçenistan Respublikasının tərkibinə daxil olduğu Rusiya Federasiyası üçün Azərbaycanla əlaqələr strateji xarakter daşıyır və ölkələrimiz arasındakı dostluq əlaqələri ildən-ilə möhkəmlənir. İki ölkənin mövqelərinin bu cür güclənməsi üçüncü qüvvələrin narazılığına səbəb olur. Məhz onların təsir gücü sayəsində bu insidentə mediada belə yanaşma formalaşdıb".

Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov isə "trend"ə açıqlamasında bildirib ki, bu cür xırda insidentin şişirdilməsinə icazə verilməyəcək: "Birincisi, biz buna imkan verməyəcəyik. İkincisi, konkret olaraq Azərbaycan və çeçen xalqlarının ünvanına demək istəyirəm ki, kriminal strukturların münaqişələrinin əcdadlarımızın yaratdığı möhkəm qardaşlığı dağıtmasına imkan verməyəcəyik. Biz böyük sivilizasiyanın, böyük mədəniyyətin, Qafqaz adlanan vahid məkanda yaşayan xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin varisləriyik. Azərbaycan xalqını təhqir edən və ya azərbaycanlıların adından çeçen xalqını təhqir edən hər kəs cəzalandırılacaq. Biz bu barədə azərbaycanlı qardaşlarımızla çoxdan razılığa gəlmişik və bütün hüquqazidd əməllərin qarşısını alacağıq".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.