SON XƏBƏRLƏR
15 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
10 Sentyabr 2019
Afət Nəsiminin daha on qəzəlinə mahnı oxuyacaq - AÇIQLAMA
MƏDƏNİYYƏT-ŞOU 09:16 / 19.02.2019

Müğənni Afət Fərmanqızı İmadəddin Nəsiminin daha on qəzəlinə mahnı ifa edəcəyini açıqlayıb.

Bu barədə müğənni açıqlamasında məlumat verib.

O bildirib ki, hazırda bir qəzəl seçilib və onun üzərində iş gedir.

Nəsiminin qəzəlini hind musiqisi ilə sintez edən A.Fərmanqızı deyib ki, bu, sonuncu deyil. 

"Mən nəinki bir, Nəsiminin daha 10 qəzəlini ifa edəcəm. Mahnı seçimləri aparıram. Qəzəllərdə ərəb musiqilərindən istifadə edib, onları yaxın müddətdə lentə alacağam”.

Qeyd edək ki, müğənni Afət Fərmanqızının dahi İmadəddin Nəsiminin sözlərinə oxuduğu "Pəncu şeş” adlı mahnısı cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çox sənət nümayəndələri A.Fərmanqızını tənqid edərək, öz iradlarını bildiriblər.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.