SON XƏBƏRLƏR
19 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
Azərbaycanda avtomobil benzini istehlakı artıb
İQTİSADİYYAT 09:19 / 20.02.2019

2018-ci ildə Azərbaycanda 1 299,4 min ton dizel yanacağı, 1 296,6 min ton avtomobil benzini istehlak edilib.

Dövlət Statistika Komitəsinə istinadən verdiyimiz xəbərə görə, ötən il 394,7 min ton aviasiya üçün və sair ağ neft, 283,2 min ton neft bitumu, 201,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 154,4 min ton maye qaz, 48,4 min ton sürtkü yağları istehlak olunub.

Ötən il avtomobil benzini istehlakı 2017-ci illə müqayisədə 0,7%, neft-kimya sənayesində istifadə üçün benzin istehlakı 11,2%, aviasiya üçün və sair ağ neft istehlakı 19,1%, neft bitumu istehlakı 22,7%, maye qaz istehlakı 20,2%, sürtkü yağları istehlakı 13,1% artıb, dizel yanacağının istehlakı isə 1% azalıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.