SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
Bahar Muradova cəbhə zonasında yaşayanlardan danışdı
MÜSAHİBƏ 13:17 / 22.02.2019

Yaşamaq, işgəncəyə məruz qalmama, insanların şərəf və ləyaqətinin qorunması hüquqları məhdudlaşdırıla bilməz.

Xəbərə görə, bunu Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova qurumun Avstriyanın paytaxtı Vyanada keçirilən 18-ci qış sessiyası çərçivəsində İnsan haqları və humanitar məsələlər komitəsinin iclasında çıxışı zamanı deyib.

O bildirib ki, 2008-ci ildə qəbul edilən Helsinki sənədində insan hüquqlarının qanunun aliliyi və demokratiya ilə əlaqəli olduğu və bir-birini tamamladığı göstərilib:

"Bəzi hallarda ziddiyyətli səbəblərə görə insan hüquqlarının müvəqqəti məhdudlaşdırılmasına baxılır. Bunun üçün, əlbəttə ki, hüquqi baza mövcuddur. Təbii ki, yaşamaq, işgəncəyə məruz qalmama, insanların şərəf və ləyaqətinin qorunması hüquqları məhdudlaşdırıla bilməz. Lakin bu sahədə mövcud olan vəziyyət göstərir ki, bu heç də hər zaman mümkün olmur. Təəssüf ki, fövqəladə şəraitdə insan hüquqları kimi anlayış mövcuddur”.

B.Muradova vurğulayıb ki, sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir: 

"Qaçqın və məcburi köçkünlərin problemləri mənə çox yaxındır. Mənim ölkəmi ikiyə bölən təmas xətti seçildiyim dairənin mərkəzindən keçir”.

Deputat bildirib ki, fövqəladə hallara uyğun vəziyyətdə yaşayan insanların – qadınların, uşaqların və yaşlıların həyatı ciddi təhlükə altındadır:

"Biz diqqəti onların təhlükəsiz və qorxusuz həyat təminatına yönəltməliyik. Bu məhdudiyyətlər fövqəladə şəraitin tələblərinə uyğun olmalı və yalnız nadir hallarda tətbiq edilməlidir”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.